BAKI, 23 dekabr — Sputnik. Hindistanın Madhya-Pradeş ştatında qəribə hadisə yaşanıb. Sputnik Azərbaycan "Daily Mail"-ə istinadən xəbər verir ki, Huma Bay adlı qadın bir ilə yaxın müddətdə qarnındakı kəskin ağrılardan əziyyət çəkib.
Nəhayət o, ağrılara dözməyərək xəstəxanaya üz tutub. Xəstəxanaya gedən 44 yaşlı Huma Bayı müayinə edən həkimlər onun öd kisəsində çoxlu daş olduğunu aşkarlayıblar.
Əməliyyat başlanıb və onun öd kisəsindən irili-xırdalı 148 daş çıxarılıb.
Həkimlərin dediyinə görə, bu qədər daş Huma Bayın həddən artıq yağlı yeməklər yeməsi nəticəsində yaranıb.