19:29 04 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
19010

Fill Mud BMT-nin qəbul etdiyi qətnamənin ölkəsini gülünc vəziyyətə qoyduğunu deyib

BAKI, 23 dekabr — Sputnik. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Fill Mudd Venesuelanın BMT-dəki Daimi Nümayəndəsi Samuel Monkada və Amerika İslam Əlaqələri Şurasının sədri Nihad Avad BMT-nin Qüds qətnaməsini televiziya proqramında müzakirə ediblər.

Sputnik Azərbaycan avropa.info-ya istinadən xəbər verir ki, ABŞ kəşfiyyatının keçmiş analitiki Mudd Trampın Qüds qərarını kəskin şəkildə tənqid edib. O, BMT-nin qəbul etdiyi qətnamənin ölkəsini gülünc vəziyyətə qoyduğunu deyib.

“Dünya bizə gülür. 128 ölkə bizə, axmaq olduğumuzu söylədi” – deyə Mudd bildirib.

Venesuelanın BMT-dəki Daimi Nümayəndəsi Samuel Monkada isə ABŞ-ın provokasiyaları dayandırmalı olduğunu deyib.

“Dünya satılıq deyil. ABŞ BMT-ni provokasiya etməyi dayandırmalıdır”.

Amerika İslam Əlaqələri Şurasının sədri Nihad Avad isə BMT-nin qərarının Trampa bir dərs olduğunu bildirib.

Əlaqədar

ABŞ BMT qətnaməsinin əleyhinə çıxan dövlətlərlə bağlı qərar verdi
Ramzan Kadırov ABŞ-ın ona qarşı addımını yumorla qarşılayıb
Şahinoğlu: "ABŞ və Rusiyanın düşmənçiliyi beynəlxalq aləmə problem yaradar"
Türkiyə ABŞ-ın viza qadağasına cavab verdi
Türkiyə vətəndaşları ABŞ-a buraxılmayacaq
"Rusiya ABŞ üçün ən böyük təhdiddir"
Teqlər:
axmaq, Tramp, etiraf, Qüds, BMT, ABŞ

Əsas mövzular