UNİCEF-ə yeni rəhbər təyin olundu

© AP Photo / Evan VucciHenrietta For
Henrietta For - Sputnik Azərbaycan
Abunə olmaq
Henrietta For bundan əvvəl ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD), Dövlət Departamentinin müxtəlif bölmələrində çalışıb

BAKI, 23 dekabr — Sputnik. BMT-nin Uşaq Fonduna (UNICEF) yeni rəhbər təyin olunub. Sputnik Azərbaycan VOA-ya istinadən xəbər verir ki, bu şəxs amerikalı Henrietta Fordur.

Xanım Forun gələn il yanvarın 1-dən etibarən səlahiyyətlərinin icrasına başlayacağı gözlənilir.

Henrietta For bundan əvvəl ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD), Dövlət Departamentinin müxtəlif bölmələrində çalışıb, Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi ilə əməkdaşlıq edib.

O, həmçinin “Holsman International” şirkətinin direktorlar şurasının sədri və baş direktoru vəzifələrini də icra edib.

Xəbər lenti
0