17:12 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
DÜNYA
Qısa URL
368 0 0

Məsələ ilə bağlı rəsmi Təl-Əvivdən hələlik hər hansı açıqlama verilməyib

BAKI, 23 dekabr — Sputnik. İsrail polisi Qüdsdə iki Türkiyə vətəndaşını həbs edib. Sputnik Türkiyə xəbər verir ki, hadisə əl-Əqsa məscidi ətrafında baş verib.

Namaz qılmaq üçün məscidə girməyə çalışan türklər polis maneəsi ilə qarşılaşıblar. Daha sonra tərəflər arasında qarşıdurma yaşanıb. Polis türklərdən ikisini həbs edib.

Məsələ ilə bağlı rəsmi Təl-Əvivdən hələlik hər hansı açıqlama verilməyib. Tutulan şəxslərin Abdullah Kızılırmak və Mehmet Karqılı olduğu bildirilib.

Əlaqədar

İsrail BMT-ni "Yalançılar Evi" adlandırdı
"İsrail Azərbaycanın atdığı addımların məqsədini gözəl anlayır"
Azərbaycanlı deputatın səhhəti pisləşdi, təcili İsrailə aparıldı
BMT-nin ali komissarından İsrailə sərt ittiham
İsraildən Azərbaycana möhtəşəm dəstək
Teqlər:
İsrail polisi, Əl-Əqsa məscidi, namaz, vətəndaş, Qüds, Türkiyə, həbs

Əsas mövzular