Futbolçular meydanda öküz kəsdilər - FOTO

© Sputnik / Ramil Sitdikov / Mediabanka keçidÖküz, arxiv şəkli
Öküz, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Qurban kəsilən öküzün əti kasıblara paylanıb

BAKI, 21 dekabr — Sputnik. Misirin "Əl-Əhli" klubunun futbolçuları yenidən qələbələr seriyasına başlamaq üçün stadionda öküz kəsiblər.

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, mərasim komandanın Qahirədəki arenasında keçirilib. Qurban kəsilən öküzün əti kasıblara paylanıb.

© Photo : Twitter / oluwashina"Əl-Əhli" klubunun futbolçuları stadionda öküz kəsərkən
Əl-Əhli klubunun futbolçuları stadionda öküz kəsərkən - Sputnik Azərbaycan
"Əl-Əhli" klubunun futbolçuları stadionda öküz kəsərkən

Futbolçular 2016-cı ilin iyunundan bu yana milli çempionatda ilk məğlubiyyətdən sonra qurban kəsmək qərarına gəliblər. Çünki məğlubiyyətdən sonra komanda daha bir oyunda heç-heçə edib.

11 turun yekunlarına görə, Qahirə klubu milli çempionatda 3-cü yerdə gedir. "Əl-Əhli" liderlik edən "İsmaili" komandasından 4 xal geri qalır. Amma onların ehtiyatda 2 oyunu var.

Xəbər lenti
0