Səudiyyə Qətərlə bağlı sərt qərar verdi, sərhədi bağladı

© REUTERS / Naseem ZeitoonSəudiyyə Ərəbistanı ilə Qətərin sərhəddində dəvələr, 20 iyun 2017-ci il
Səudiyyə Ərəbistanı ilə Qətərin sərhəddində dəvələr, 20 iyun 2017-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Səudiyyə Ərəbistan Qətər ilə olan yeganə quru sərhədini bağlayıb

BAKI, 21 dekabr — Sputnik. Səudiyyə Ərəbistanı Qətər ilə yeganə quru sərhədi olan "Selva" sərhəd qapısını bağlayıb. Sputnik Azərbaycan "Akşam"a istinadla xəbər verir ki, Səudiyyə Ərəbistan rəhbərliyi dünən bu addımı atıb.

Səudiyyə Ərəbistanı rəhbərliyi Qətər ilə 5 iyunda başlayan diplomatik böhranın ardından "Selva" sərhəd qapısını 19 iyunda bağlamışdı, ancaq hacıların keçməsi üçün avqust ayında təkrar açmışdı. Sərhəd qapısı o gündən bəri humanitar vəziyyətlər üçün açıq saxlanılırdı.

Səudiyyə Ərəbistanı rəhbərliyindən məsələ ilə bağlı bir açıqlama verilməyib.

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir rəhbərliklərinin 5 iyunda Qətər ilə bütün diplomatik əlaqələrini kəsmələri Körfəz regionunda böhrana yol açmışdı.

Xəbər lenti
0