10:06 19 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8907
Vəhşiləşmiş it

Gənc qızın dəhşətli ölümü: Yıxılıb, saxladığı itlər onu parçalayıb, yeyib

CC0 / designfoto / dog
DÜNYA
Qısa URL
536 0 0

Aparılan araşdırma nəticəsində cəsədin Stefensə aid olduğu və meyitin itlər tərəfindən yeyildiyi müəyyən edilib

BAKI, 20 dekabr — Sputnik. ABŞ-ın Virciniya ştatında 22 yaşlı qızın meyiti tapılıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, pitbul cinsindən olan itlərini gəzməyə çıxaran 22 yaşlı Bethan Stefensin ölümü ilə bağlı maraqlı məqamlar ortaya çıxıb.

Polis cəsədin tapılmasından 4 gün sonra verdiyi açıqlamada Stefensin intihar etdiyini və ya cinayət qurbanı olduğunu düşünmədiyini, itləri tərəfindən öldürüldüyünü bildirib.

Qeyd edək ki, polis əvvəlcə tapılan cəsəd qalıqlarının hansısa heyvana aid olduğunu güman edib. Aparılan araşdırma nəticəsində cəsədin Stefensə aid olduğu və meyitin itlər tərəfindən yeyildiyi müəyyən olunub.

Polis nümayəndəsi bildirib ki, meyit üzərində araşdırma aparılıb. "İtlər Stefensi qabırğalarına qədər yeyib. Bədənindəki ilk travma yaraları boynunda və üzündə olub. Yerə yıxılıb, huşunu itirib. İtlər də öldürüb, yeyiblər" – deyə polis əməkdaşı bildirib.

Polis, Stefensin ölüm səbəbinin yaxınlarını narahat edəcəyini düşünərək, əvvəlcə bu barədə açıqlama verməsə də, sonradan gəzən şayiələri nəzərə alaraq ölümün əsl səbəbi barədə açıqlama vermək məcburiyyətində qalıb.

Əlaqədar

Şəki sakininə itlər hücum etdi
İtlər ağsaqqala hücum etdilər
Şəkidə sahibsiz itlər insanlara hücum edir
Zaqatalada sahibsiz itlər insanlara hücum edir
İtlərini maşında gəzdirənlər: 200 manat hazırlayın
Teqlər:
dəhşətli ölüm, gəmirmə, sahib, it, polis, ABŞ

Əsas mövzular