BMT-nin ali komissarından İsrailə sərt ittiham

© AFP 2023 / ZACHARIAS ABUBEKER Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan haqları üzrə ali komissarı Zeyd Raad Hüseyn
Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan haqları üzrə ali komissarı Zeyd Raad Hüseyn - Sputnik Azərbaycan
Abunə olmaq
"Bütün bu həqiqətlərə baxmayaraq, İsrail hələ də məsuliyyətdən qaçır"

BAKI, 20 dekabr — Sputnik. Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan haqları üzrə ali komissarı Zeyd Raad Hüseyn, fələstinli İbrahim Əbu Sürəyyanın həlak olması ilə bağlı İsrailin hüquq-mühafizə orqanlarına müstəqil və tərəfsiz istintaq başladılması tapşırığını verib. Sputnik Azərbaycan bu barədə AA-ya istinadən xəbər verir.

Министр иностранных дел Израиля Авигдор Либерман, фото из архива - Sputnik Azərbaycan
İsraildən Azərbaycana möhtəşəm dəstək

Fiziki məhdudiyyətli bir insanın həlak edilməsinin "çox alçaq bir hərəkət" olduğunu deyən BMT-nin İnsan haqları üzrə ali komissarı, Əbu Sürəyyanın İsrailin 2008-ci ildə Qəzzaya endirdiyi hava zərbələri nəticəsində iki ayağını itirdiyini və dekabrın 15-də ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıma qərarına etiraz edən yüzlərlə fələstinlidən biri olduğunu xatırladıb.

"Bütün bu həqiqətlərə baxmayaraq, İsrail hələ də məsuliyyətdən qaçır" — Zeyd Raad Hüseyn bildirib.

Qeyd edək ki, İsrail ordusu keçən cümə 95 fələstinlini yaralayıb. BMT Təhlükəsizlik Şurasının Qüdslə bağlı təcili toplantısında, ABŞ-ın veto qoyması səbəbilə İsrail əleyhinə qərar qəbul olunmayıb.

Xəbər lenti
0