16:09 25 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0258
  • USD1.7000
  • EUR1.9960
2 aylıq Kərim

İki aylıq Kərimin başına gələnlər hər kəsi ağladır

© Foto: AA
DÜNYA
Qısa URL
134 0 0

Uşağın atası necə bir zülmlə üz-üzə qaldıqlarını anladır

BAKI, 18 dekabr — Sputnik. Suriyada yaşanan qanlı toqquşmalardan 6 il keçir. Bu dövr ərzində 1 milyondan çox insan həlak olub, milyonlarla suriyalı isə başqa ölkələrə sığınıb.

Vətəndaş müharibəsi başlayandan bu günədək yaşananların əksini tapdığı minlərlə görüntülər yayılıb. Bəzən onların arasında elələrinə rast gəlinir ki, sözlə izahı mümkün olmur. Suriyanın Şərqi-Quta bölgəsində baş verən hadisə kimi…

Söhbət Suriya qoşunlarının mühasirədə saxladığı bölgədə qalan 2 aylıq Kərimin başına gələnlərdən gedir. Ötən ay Bəşər Əsədə bağlı ordunun qəsəbəni bombalaması nəticəsində Kərim anasını itirdi. Özü isə bir gözündən oldu. Üstəlik beynində qırıqlar əmələ gəldi.

Sputnik Azərbaycan AA-ya istinadən xəbər verir ki, uşağın atası Əbu Məhəmməd necə bir zülmlə üz-üzə qaldıqlarını anladır: "Yoldaşım şəhid olanda Kərim 1 aylıq idi. İndi ikinci ayına keçib. Ondan başqa 4 övladım da var. Onlar Kərimə analıq edirlər, çünki körpə qardaşlarının daim qulluğa ehtiyacı var".

Əhməd yemək tapa bilmədiklərini, gün ərzində ancaq arpa ilə qidalandıqlarını deyib
Əhməd yemək tapa bilmədiklərini, gün ərzində ancaq arpa ilə qidalandıqlarını deyib

Kərimin böyük qardaşı Əhmədin dedikləri isə bölgədəki dramın hansı səviyyədə olduğunu bütün çılpaqlığı ilə göstərir. Əhməd yemək tapa bilmədiklərini, gün ərzində ancaq arpa ilə qidalandıqlarını deyib.

Əlaqədar

İki suriyalı Türkiyəni şoka saldı
Nağıyev: “Suriya problemi tam həll olunmayıb”
Soçidə ikinci Yalta konfransı: Yeni Suriyanın konturları cızılır
Türkiyədən sərt açıqlama: Suriya ABŞ-a ikinci Vyetnam olacaq
Trampla Putindən birgə Suriya bəyanatı
Suriyaya və İraqa gedib döyüşmək istəyən 82 şəxs saxlanıldı
Teqlər:
Kərim, Suriya, insan, körpə, ana, ata, uşaq

Əsas mövzular