Diplomatın qətlinin təfərrüatı: zorlayıb, meyitini küçəyə atıblar

Abunə olmaq
Cəsədin yarılmasından sonra Dykesin öldürülməmişdən öncə təcavüzə məruz qaldığı və boğulduğu məlum olub

BAKI, 18 dekabr — Sputnik. Böyük Britaniyanın Livandakı səfirliyinin diplomatı Rebekka Dykes paytaxt Beyrutda ölü tapılıb. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, polis açıqlamasında şənbə axşamı paytaxt Beyrutun şimal hissəsindəki yol kənarında bir qadın cəsədinin tapıldığı haqda məlumat yayıb.

Açıqlamada ölüm səbəbinin və kimliyinin müəyyən edilməsi üçün cəsədin ekspertizaya aparıldığı deyilib. Ekspertiza sonrası cəsədin İngiltərənin Livandakı səfirliyində çalışan Dykesə aid olduğu üzə çıxıb.

Hadisə ilə bağlı istintaqın davam etdiyi deyilir.

Livan mediasında yer alan xəbərlərə görə, cəsədin yarılmasından sonra Dykesin öldürülməmişdən öncə təcavüzə məruz qaldığı və boğulduğu məlum olub.

Əvvəllər İraq və Livanda çalışan Dykes 2017-ci ilin yanvarından Livanda İngiltərə hökumətinə aid Beynəlxalq İnkişaf Departamentində fəaliyyət göstərirdi.

Xəbər lenti
0