05:53 25 Fevral 2018
Canlı yayım
İsraildə mitinq

İsrail vətəndaşları küçələrə axışdı

© REUTERS/ Amir Cohen
DÜNYA
Qısa URL
120920

Təl-Əvivin Rotşild bulvarına toplaşan nümayişçilər Netanyahunun istefasını və həbsini tələb ediblər

BAKI, 18 dekabr — Sputnik. Dünən İsraildə minlərlə insan haqqında korrupsiya ilə bağlı istintaq başladılan baş nazir Benyamin Netanyahu əleyhinə etiraz aksiyası keçirib. Sputnik Azərbaycan RT-yə istinadən xəbər verir ki, paytaxt Təl-Əvivin Rotşild bulvarına toplaşan nümayişçilər Netanyahunun istefasını və həbsini tələb ediblər. Nümayişçilər oradan Habima meydanına qədər yürüş ediblər.

Qeyd edək ki, Benyamin Netanyahu barəsində "iş adamlarından rüşvət almaq, media quruluşlarında öz lehinə xəbərlər nəşr etdirmək, Almaniyadan gətirilən sualtı gəmilərin alışı zamanı mənimsəməyə yol vermək" iddiaları ilə cinayət işi açılıb.

Baş nazirin həyat yoldaşı Sara Netanyahu da istintaq çərçivəsində polisə ifadə verib. Haqqındakı iddiaları qəbul etməyən Benyamin Netanyahu ölkədəki bəzi media quruluşlarını iqtidarı zorla devirməyə cəhddə ittiham edir.

Əlaqədar

İsrail-Fələstin qarşıdurmasının qarşısını alan qadın kimdir?
İsrail əsgərləri fələstinlilərlə belə davranırlar - VİDEO
Vəlizadə: “Hər kəsə aydındır ki, Qüds İsrailin nəzarətindədir”
Ərdoğandan sərt ittiham: "İsrail terrorçu dövlətdir"
Teqlər:
etiraz aksiyası, Benyamin Netanyahu, İsrail, cinayət işi, baş nazir, korrupsiya

Əsas mövzular