ABŞ prezidenti Donald Trampın qəribə vərdişləri

© AP Photo / Susan WalshDonald Tramp
Donald Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
Tramp qonaqlarına Ağ Evin vanna otaqlarını nümayiş etdirməyi çox sevir

BAKI, 17 dekabr — Sputnik. "The Independent" nəşri ABŞ prezidenti Donald Trampın qəribə vərdişlərindən yazıb. 

APA-nın verdiyi xəbərə görə,  daxili qeyri-rəsmi qaydalara əsasən, Ağ Evdəki televizor pultlarına yalnız D.Tramp və texniki dəstək əməkdaşları toxuna bilər. Bundan başqa, Trampın şəxsi gigiyena məsələlərinə ciddi diqqət yetirdiyi qeyd olunur. Onun yoluxucu xəstəliklərədn çox qorxduğu və bu səbəbdən əllərini tez-tez yuduğu da bildirilir. 

Nəşrin məlumatına görə, Tramp "fastfud" təamlarına üstünlük verir və gün ərzində 12 bankayadək dietik kola içir. 

Daha bir qəribə vərdiş prezident iqamətgahı ilə bağlıdır. Məlumata görə, Tramp qonaqlarına Ağ Evin vanna otaqlarını nümayiş etdirməyi çox sevir. 

Xəbər lenti
0