İŞİD lideri ABŞ-ın Suriyadakı hərbi bazasında saxlanılır?

© AP Photo / Militant videoЛидер террористической группировки Исламское государство Абу Бакр аль-Багдади
Лидер террористической группировки Исламское государство Абу Бакр аль-Багдади - Sputnik Azərbaycan
Abunə olmaq
Əbu Bəkr Əl Bağdadi İraqda ələ keçirildikdən sonra ABŞ-ın Suriyanın şimal-şərqindəki Ras-əl-Ayn şəhərində yerləşən hərbi bazasına aparılıb

BAKI, 17 dekabr — Sputnik. ABŞ hərbçiləri İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr Əl Bağdadini yaxalayaraq Amerikanın Suriyadakı hərbi bazasında saxlayırlar. APA-nın xəbərinə görə, bu barədə "Yeni Şafak" nəşrinə məsələ ilə bağlı məlumatlı mənbə bildirib. 

Mənbənin bildirdiyinə görə, Əbu Bəkr Əl Bağdadi İraqda ələ keçirildikdən sonra ABŞ-ın Suriyanın şimal-şərqindəki Ras-əl-Ayn şəhərində yerləşən hərbi bazasına aparılıb, sonra isə Əl-Hasaka şəhəri yaxınlığındakı dayaq məntəqəsinə köçürülüb. Məlumata görə, Əl Bağdadi ilə birlikdə İŞİD-in 7 səhra komandiri də ələ keçirilib, onlardan birinin İraq vətəndaşı olduğu bildirilir. 

Qeyd edək ki, iyunun ortalarında Rusiya Müdafiə Nazirliyi İŞİD liderinin aviazərbə nəticəsində məhv edildiyini bəyan etmişdi. ABŞ tərəfi isə Əl Bağdadinin ölmədiyini iddia etmişdi. 

Xəbər lenti
0