"Simpsonlar" gələcəkdən xəbər verir

© Photo : 20th Century Fox Animation (1989 - ...)Кадр из мультфильма "Симпсоны"
Кадр из мультфильма Симпсоны - Sputnik Azərbaycan
Abunə olmaq
Kadrlarda Trampın Robert Müllerə rüşvət təklif etməsi öz əksini tapıb

BAKI, 17 dekabr — Sputnik. "Simpsonlar" cizgi filimin yeni bölümündə ABŞ prezidenti Donald Tramp keçmiş Federal Tədqiqatlar Bürosu (FBI) direktoru, prokuror Robert Müllerə rüşvət verir. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, məşhur cizgi serialı "Simpsonlar"ın qısametrajlı kadrı yayımlanıb. Kadrlarda Trampın Robert Müllerə rüşvət təklif etməsi əksini tapıb.

Epizod çərşənbə axşamı cizgi serialının "Twitter"dəki hesabında yayımlanıb. Videoda göstərilir ki, baş prokuror Cef Seşns Robert Mülleri Vaşinqtonda yerləşən "Tramp İnternational" hotelinə gətirir. Onlar Trampın onları gözlədiyi qapısında "ruslar burada arzulanan qonaqdırlar" yazılmış otağa daxil olurlar.

Daha sonra Tramp Müllerə 750 milyon dollar təklif edir və deyir: "Mən ən yaxşı rüşvəti verirəm, hamı belə deyir, ən yaxşısını. Hamı belə deyir". Müller rüşvətdəm imtina edir və otağı tərk edir.

Daha əvvəl də CNN məlumat vermişdi ki, ABŞ prezidenti Trampın şəxsi vəkili Robert Müllerlə gələn həftə görüşəcək.

Xatırladaq ki, FTB Rusiyanın ABŞ seçkilərinə müdaxiləsini və Tramp ilə əlaqəsini araşdırır. Bu iddia həm Ağ Ev, həm də Kreml tərəfindən rədd edilsə də, FTB və Konqres araşdırma aparır. Araşdırmanın xüsusi prokuroru isə Robert Müller təyin edilib.

Xəbər lenti
0