Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Keçmiş baş nazirin oğlu evində ölü tapıldı: onu güllə ilə vurublar

© AFP 2023 / YASIN AKGULКарета скорой помощи в Турции, фото из архива
Карета скорой помощи в Турции, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Yavuz Yılmaz nişanlandığı aparıcı Neşe Sapmaz ilə 3 illik əlaqədən sonra ayrılmışdı

BAKI, 16 dekabr — Sputnik. Türkiyənin keçmiş baş naziri Məsud Yılmazın oğlu Mehmet Yavuz Yılmaz İstanbul Beykozdakı evində ölü halda tapılıb.

Bu barədə Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən məlumat verir. Məlumata əsasən, Yılmaz silahla vurularaq öldürülüb.

Polis Yılmazın özünü öldürməsi versiyasını da araşdırır.

Yavuz Yılmaz nişanlandığı aparıcı Neşe Sapmaz ilə 3 illik əlaqədən sonra ayrılmışdı. Yavuz Yılmazın qardaşı Emir Hasan Yılmaz ilə "CFS İstanbul Yatırım A.Ş" adlı şirkəti var idi.

Xəbər lenti
0