02:27 24 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
33110

Yiyəsiz qalan körpənin cəsədi morqa göndərildi

BAKI, 15 dekabr — Sputnik. Türkiyənin Diyarbəkr şəhərində insanlığa sığışmayan hadisə baş verib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir həftə öncə dünyaya gələn körpə uşağın səhhətində problemlər yaranıb. Vəziyyətinin ağır olmasına baxmayaraq, valideynləri körpəni xəstəxanada qoyaraq evlərinə gediblər.

Səhhətində yaranan problemlərə görə, cəmi 1 həftə yaşayan körpə ölüb. Xəstəxanadan valideynlərinə zəng edərək uşaqlarının öldüyünü, cəsədi aparmalarını istəyiblər. Amma valideynlərin cavabı həkimləri heyrətə gətirib. Onlar bildiriblər ki, qan düşmənləri olduqları üçün evdən çıxa və körpənin cəsədini götürə bilməzlər.

Əlacsız qalan xəstəxana işçiləri polisə müraciət edib və 1 həftəlik körpənin cəsədini xəstəxana morquna göndəriblər.

Əlaqədar

Körpə uşağı vəhşicəsinə döyən dayə həbs edilib - VİDEO
Ata körpə oğlunu təpiklədi
Bir problemin izi ilə və ya körpələri niyə ac qoyuruq
Azərbaycanda yol kənarında körpə meyiti tapıldı
Şok hadisə: Körpə uşaq narkotik dozasından öldü
Teqlər:
qan davası, Diyarbəkr, morq, ölüm, Türkiyə, körpə

Əsas mövzular