Şagirdlər direktoru öldürdü

© pixabay / jasongillmanOv tüfəngi, arxiv şəkli
Ov tüfəngi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Öldürülən şəxsin 2014-cü ildə məktəbə direktor təyin edildiyi bildirilir

BAKI, 16 dekabr — Sputnik. Türkiyədə lisey direktoru şagirdlər tərəfindən öldürülüb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, İzmirdə lisey şagirdləri valideyn iclasından iki saat əvvəl liseyin direktorunu tüfənglə vuraraq öldürüblər. Direktoru otağında vurub öldürən şagirdlər sonra polisə təslim olublar.

Məlumata görə, valideyn iclasından iki saat öncə şagirdlər məktəbin direktoru ilə mübahisə ediblər. Bundan sonra uşaqlar evə gedərək ov tüfəngi götürüb və direktoru vurublar. Direktor xəstəxanaya çatdırılsa da onun həyatını qurtarmaq mümkün olmayıb.

Öldürülən direktorun 2014-cü ildə məktəbə təyin edildiyi bildirilir.

Xəbər lenti
0