Azərbaycanlı jurnalistlə erməni politoloqlar arasında dava düşdü — VİDEO

© Photo : Youtube / Промо ЗвездаAzərbaycanlı jurnalist Fuad Abbasov
Azərbaycanlı jurnalist Fuad Abbasov - Sputnik Azərbaycan
Abunə olmaq
Studiyada xoşagəlməz anlar yaşanıb

BAKI, 15 dekabr — Sputnik. Rusiyanın "Zvezda" telekanalının efirində azərbaycanlı jurnalist Fuad Abbasovla erməni politoloq arasında dava düşüb. Sputnik Azərbaycan xəbər verir ki, hadisə siyasi mövzulardan bəhs edən "Proses" verilişində yaşanıb.

Erməni ekspertlər Samuel Saturyan və Gevorq Mirzayanın azərbaycanlı jurnalist Fuad Abbasovun sözünü kəsmələri həmyerlimizi qəzəbləndirib. Nəticədə tərəflər arasında əlbəyaxa dava düşüb.

Davaya səbəb erməni ekspertin Türkiyənin Suriyadakı fəaliyyəti ilə bağlı Ankaranın ünvanına təhqiramiz ifadələr işlətməsi olub. Fuad Abbasov erməni politoloqun ittihamına cavab verərkən qarşı tərəf onun sözünü kəsməyə çalışıb. Nəticədə studiyada xoşagəlməz anlar yaşanıb.

Xəbər lenti
0