15:53 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
184 0 0

Berat Albayrak: "Mən də onların məktəbində oxuyan yüzminlərlə, milyonlarla şagirddən biriyəm"

BAKI, 15 dekabr — Sputnik. Türkiyənin enerji və təbii qaynaqlar naziri, həm də Ərdoğanın kürəkəni olan Berat Albayrak Gülən camaatına aid məktəbdə təhsil aldığını etiraf edib. Bu barədə Sputnik Türkiyə məlumat yayıb.

"Bəli, mən də onların məktəbində oxuyan yüzminlərlə, milyonlarla şagirddən biriyəm. Ancaq məni elə bir ata, elə bir ana yetişdirdi ki, ağlımı heç vaxt hansısa bəşər övladına icarə vermədim" — nazir bildirib.

"Heç zaman doğru bildiyimdəm geri durmadım. Bu ölkədə Gülən məktəblərində oxuyan, amma FETÖ-çü olmayan, ağlını kirayə verməyən yüzminlərlə gəncimiz, insanlarımız var" — Albayrak əlavə edib.

Qeyd edək ki, Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasından olan millət vəkili Özgür Özel nazir Berat Albayrakın Fətullah Gülənə aid məktəbdə oxuduğunu bildirmişdi.

Əlaqədar

Ərdoğanın kürəkəni Albayrak SOCAR-a güvəndiyini deyib
Fətullah Güləni belə qoruyurlar - Ən son görüntülər
Fətullah Gülənlə bağlı fantastik iddia
Türkiyə təkzib edir: "Gülənlə bağlı elə plan olmayıb"
Fətullah Gülənlə bağlı yeni iddia
Fətullah Güləndən təlimat: "Bəzi vacib şəxsləri öldürməliyik"
Teqlər:
Gülən camaatı, enerji və təbii qaynaqlar naziri, kürəkən, FETÖ, Berat Albayrak, məktəb, Ərdoğan, Türkiyə

Əsas mövzular