Çindən Fələstinə dəstək mesajı: Tanımağa hazırıq

© AFP 2023 / STRНациональные флаги Китая
Национальные флаги Китая - Sputnik Azərbaycan
Abunə olmaq
Sözçü İsrail və Fələstin arasındakı müzakirələrin ən qısa zamanda başlayacağına, problemin hərtərəfli, ədalətli və tamamilə həll ediləcəyinə ümid etdiklərini söyləyib

BAKI, 15 dekabr — Sputnik. “Çin İslam ölkələrinin Qüds ilə bağlı narahatlıqlarını anlayır”. Sputnik Azərbaycan "Daily Sabah"-a istinadən xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Lu Kanq, paytaxt Pekində keçirdiyi mətbuat konfransında deyib.

O, İslam Əməkdaşlıq Təşkilatının Qüds mövzusundakı beynəlxalq ictimaiyyətə etdiyi müraciətə cavab olaraq ölkəsinin Qüds ilə bağlı narahatlıqları anladığını bildirib.

"Qüds məsələsinin həllində Birləşmiş Millətlər Təşkilatının müvafiq qətnamələrini və beynəlxalq ictimaiyyətin fikir birliyini dəstəkləyirik. 1967-ci il sərhədlərinə görə paytaxtı Şərqi Qüds olan müstəqil Fələstini tanımağa hazırıq" – Lu Kanq vurğulayıb.

Sözçü İsrail və Fələstin arasındakı müzakirələrin ən qısa zamanda başlayacağına, problemin hərtərəfli, ədalətli və tamamilə həll ediləcəyinə ümid etdiklərini söyləyib.

Xəbər lenti
0