İngilis deputatdan açıqlama: “Fələstini İslam İttifaqı xilas edəcək”

© AFP 2023 / ABBAS MOMANIFələsində etirazlar
Fələsində etirazlar - Sputnik Azərbaycan
Abunə olmaq
“Fələstinin müstəqillik yolu müsəlmanların birliyindən keçir”

BAKI, 13 dekabr — Sputnik. "Müstəqil Fələstin üçün İslam İttifaqı şərtdir". Sputnik Azərbaycan xəbər verir ki, bu barədə İngiltərənin Fəhlə Partiyasından olan millət vəkili Corc Qallouey Türkiyənin "Star" qəzetinə açıqlamasında deyib.

İsrailin Qəzza blokadasını beş dəfə yaran Qallouey hazırda "İslam dünyası" deyilən bir şeyi görə bilmədiyini söyləyib. ABŞ-ın Qüdslə bağlı verdiyi qərarı dəyərləndirən deputat müsəlman dövlətləri birliyə çağırıb.

"Qüdsün, Fələstinin müstəqillik yolu müsəlmanların birliyindən keçir. Ancaq mən hazırda bu birliyi görə bilmirəm. Və çox təəssüf edirəm" – ingilis millət vəkili vurğulayıb.

Corc Qallouey sonra deyib: "Donald Tramp və Benyamin Netanyahu, bunların hər ikisi öz ölkələrində çox çətin vəziyyətə düşüblər. Trampın adı seçki saxtakarlığında, Netanyahunun adı isə rüşvətxorluqda hallanır. Onlar bu istintaqdan yayınmaq, diqqəti başqa yerə yönəltmək üçün Qüds məsələsinə girişdilər".

Xəbər lenti
0