Körpə uşağı vəhşicəsinə döyən dayə həbs edilib - VİDEO

© AFP 2023 / ORLANDO SIERRAНоворожденный ребенок с матерью, фото из архива
Новорожденный ребенок с матерью, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Onun uşaqla rəftarı liftdə olan kamera vasitəsilə qeydə alınıb

BAKI, 12 dekabr — Sputnik. Çində dayəlik etdiyi uşağı vəhşicəsinə döyən qadın həbs edilib. Sputnik Azərbaycan xəbər verir ki, 42 yaşlı Li Do adlı dayənin uşaqla qəddar rəftarı liftdə olan kamera vasitəsilə qeydə alınıb.

Hər şey dayənin uşağı anasından götürməsindən sonra başlayıb. Anasından ayrıldığına görə ağlayan uşaq sakitləşmədiyi üçün dayə əvvəlcə bir neçə dəfə yumruqla onun qarnına vurub. Uşağı arabaya qoyduqdan sonra isə onun başına, boynuna vurmağa başlayıb.

Müəyyən edilib ki, dayə həmin ailədə çox yüksək məbləğdə maaş müqabilində çalışır. Binanın mühafizəçisi videogörüntünü uşağın ailəsinə verəndən sonra dayə həbs edilib.

Xəbər lenti
0