14:04 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
DÜNYA
Qısa URL
32510

"ABŞ-ın müqəddəs Qüds şəhərini İsrailin paytaxtı kimi tanıma qərarı beynəlxalq hüquqa və BMT qətnamələrinə ziddir"

BAKI, 12 dekabr — Sputnik. Türkiyənin baş naziri Binəli Yıldırım ABŞ prezidenti Donald Trampı cəsarətsiz adlandırıb. Sputnik Azərbaycan bu barədə TRT-yə istinadən xəbər verir.

"Tramp, Ərdoğanın Qüdslə bağlı fikrini bildiyi üçün ona zəng vurmağa cəsarət edə bilmədi. ABŞ-ın müqəddəs Qüds şəhərini İsrailin paytaxtı kimi tanıma qərarı beynəlxalq hüquqa və BMT qətnamələrinə ziddir" — Yıldırım bildirib.

"Biz Qüdsü əsla İsrailin paytaxtı olaraq tanımadıq. İsrail-Fələstin problemi həll olunana qədər də tanımayacağıq. Bu birmənalıdır. Bizim İsrail səfirliyimiz Təl-Əvivdədir. Bizim üçün İsrailin paytaxtı Təl-Əvivdir. Qüdsdə Fələstin səfirliyimiz var. Başqa dövlətlərin orada Fələstin səfirlikləri yoxdur" — baş nazir bildirib.

Binəli Yıldırım sonda qeyd edib ki, dekabrın 13-də İslam Əməkdaşlıq Təşkilatı İstanbulda toplanacaq: "Məsələ çox ciddidir. Təkcə regional sülh deyil, eyni zamanda qlobal sülh də təhlükə altındadır. Beynəlxalq cəmiyyət və müsəlman ölkələri birgə hərəkət etməlidir. Hər kəs bilməlidir ki, illərdir sülh üçün mübarizə aparan Fələstin xalqı bu haqsız, hüquqsuz, təkəbbürlü qərar qarşısında heç vaxt tək deyil".

Əlaqədar

Qüds qərarı Trampındır, yoxsa İvankanı yəhudi edən kürəkəni Kuşnerin?
İsrailə müharibə hədəsi: Ordu Qüds üçün borcunu verməyə hazırdır
Ərdoğan İlham Əliyevi “Qüds toplantısı”na dəvət etdi
"Qüds gedişi" Trampı xilas etdi
Türkiyə hökuməti Qüdsdəki gərginliklə bağlı açıqlama verdi
ABŞ-ın Qüds qərarının ilk qanlı nəticəsi
Teqlər:
cəsarət, Binəli Yıldırım, Donald Tramp, Qüds, Fələstin, İsrail, müsəlman, Türkiyə, ABŞ, baş nazir

Əsas mövzular