ABŞ-da növbəti 11 sentyabr: silsilə partlayışlar dalğası

© REUTERS / Edward TobinNyu-Yorkda partlayış
Nyu-Yorkda partlayış - Sputnik Azərbaycan
Abunə olmaq
Yeni partlayışlar təhlükəsi var

BAKI, 11 dekabr — Sputnik. ABŞ polisi Nyu-Yorkda silsilə partlayışların baş verməsinin qarşısını alıb.

Belə ki, bir müddət öncə Manhettendə baş verən partlayışın ardından başlayan əməliyyat zamanı daha iki partlamağa hazır olan bomba aşkar edilərək zərərsizləşdirilib. Qeyd edək ki, əvvəlki partlayışı törətməkdə şübhəli bilinən şəxs yaxalanıb. Lakin polis onun bu işi tək gördüyünə şübhə ilə yanaşır. Həmçinin hüquq-mühafizə orqanları partlayışın silsilə xarakter alacağından ehtiyat edirlər.

Xatırladaq ki, bir müddət əvvəl Nyu-Yorkda avtovağzalda partlayış baş verib. Manhettendə 41-ci prospektdə baş verən partlama 42-ci prospektə məşhur Times Square Meydanına kimi gəlib çatıb. Hadisədə çoxsaylı yaralananlar var.  Şübhəli şəxs metroya minmək istərkən saxlanılıb və bu zaman əldəqayırma bombanı hərəkətə gətirib. Şübhəli şəxs yaralı olaraq ələ keçib.

Qeyd edək ki, partladılan avtovağzal ABŞ-ın ən böyük avtobus terminalıdır, ildə 65 milyon müştəriyə xidmət göstərir.

Xəbər lenti
0