03:46 21 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.8846
Türkiyə polisi, arxiv şəkli

İki suriyalı Türkiyəni şoka saldı

© AP Photo / Burhan Ozbilici
DÜNYA
Qısa URL
364 0 0

Adanada Britaniya kraliçası Viktoriya dövrünə aid qızıl pullar tapılıb

BAKI, 11 dekabr — Sputnik. İki nəfər Suriya vətəndaşının Türkiyəyə qanunsuz yolla mal keçirdiyi xəbərini alan polis dərhal əməliyyat keçirib. Sputnik Azərbaycan "Ensonhaber"-ə istinadən xəbər verir ki, hadisə Adana vilayətinin Seyhan qəsəbəsində yaşanıb.

Türkiyə polisi hərəkətdə olan taksini saxlayaraq müştəriləri yerə endirib. Onların üzərindən Britaniya kraliçası Aleksandrina Viktoriya dövrünə aid, üzərində kraliçanın şəkili olan 750 ədəd qızıl sikkə ələ keçirilib.

Britaniya kraliçası Aleksandrina Viktoriya dövrünə aid, üzərində kraliçanın şəkili olan 750 ədəd qızıl sikkə
Britaniya kraliçası Aleksandrina Viktoriya dövrünə aid, üzərində kraliçanın şəkili olan 750 ədəd qızıl sikkə

Həbs olunaraq polis bölməsinə aparılan 39 yaşlı Ammar Abdullah və 19 yaşlı Əhməd Əbdülrizzak gətirdikləri qızıl pulları dəsmala bükərək Türkiyəyə keçirmək istəyiblər.

Qeyd edək ki, üzərində kraliça Aleksandrina Viktoriyanın yer aldığı qızıl sikkələr 1819-1901-ci illər arsında Britaniyada əsas pul vahidi olub.

Əlaqədar

İstanbuldakı suriyalıların sayı açıqlandı
"Türk əsgəri Suriyada şəhid olur, suriyalı da Türkiyədə qadınlara sataşır"
Suriyalı uşaqlarla bağlı gözyaşardıcı video yayıldı
Türkiyəyə sığınan suriyalı miqrantlar geri qaytarılır
Suriyalı miqrantlar İspaniyada üsyan qaldırdı
Teqlər:
Britaniya kraliçası Aleksandrina Viktoriya, Suriya vətəndaşı, Adana vilayəti, Türkiyə, qızıl sikkə, polis

Əsas mövzular