Məşhur müğənni ağır əməliyyat olundu: yeni ürək köçürüldü

© AFP 2023 / PATRICIA DE MELO MOREIRA Salvador Sobral
Salvador Sobral - Sputnik Azərbaycan
Abunə olmaq
Həkimlər əməliyyatın uğurlu olduğunu bildiriblər

BAKI, 10 dekabr — Sputnik. "Eurovision-2017" mahnı müsabiqəsinin qalibi olan portuqaliyalı Salvador Sobral cərrahiyyə əməliyyatına məruz qalıb. Sputnik Azərbaycan RİA novosti-yə istinadən xəbər verir ki, ona donor ürəyi köçürülüb.

Əməliyyat hələ dekabrın 8-də keçirilib. Həkimlər əməliyyatın uğurlu olduğunu bildiriblər. Bundan sonra müğənni uzun reabilitasiya kursu keçməlidir.

Sobral reanimasiyaya sentyabrın sonunda düşüb. Portuqaliyanın RTP telekanalı xəbər verir ki, o zaman müğənni ürəyindəki problemlərlə əlaqədar bütün konsertlərini ləğv edib və səhnədən getdiyini açıqlayıb.

Xatırladaq ki, S.Sobral "Amar Pelos Dois" mahnısı ilə Kiyevdə keçirilmiş "Eurovision-2017" mahnı müsabiqəsinin qalibi elan edilmişdi.

Xəbər lenti
0