İstanbul böyük bəladan qurtuldu, 23 İŞİD üzvü tutuldu

© AP Photo / Mahmut BozarslanTürk polisi Çinar ərazisinin təhlükəsizliyi qoruyur, arxiv şəkli
Türk polisi Çinar ərazisinin təhlükəsizliyi qoruyur, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Əmniyyət Müdirliyi Terrorla Mübarizə Şöbə Müdirliyi 6 müxtəlif ünvanda əməliyyat keçirib

BAKI, 10 dekabr — Sputnuik. İstanbul Əmniyyət Müdirliyi Terrorla Mübarizə Şöbə Müdirliyi 6 müxtəlif ünvanda əməliyyat keçirib. Sputnik Azərbaycan "Haber7"-yə istinadən xəbər verir ki, İŞİD terror təşkilatının fəaliyyətinin qarşısının alınması üçün keçirilən əməliyyat zamanı 23 şübhəli şəxs tutulub.

Tutulanların İŞİD təşkilatı ilə əlaqə saxladıqları, əvvəllər döyüş zonalarında olan şəxslərlə təmasda olduqları müəyyən edilib. Saxlanılan şəxslərlə bağlı iş aparılır.

Xəbər lenti
0