Məşhur idmançının ailəsində dəhşət: arvadı bir uşağını boğdu, o birini bıçaqladı

© Sputnik / Anar MustafayevƏli qandallı qız, arxiv şəkli
Əli qandallı qız, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bundan sonra qadın özünə bıçaq xəsarətləri yetirərək intihar etmək istəyib

BAKI, 9 dekabr — Sputnik. Reqbi üzrə İtaliyanın milli komandasının keçmiş üzvü Andrea Bennattinin həyat yoldaşı Antonella Barbieri iki uşağını öldürdükdən sonra intihara cəhd edib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, psixoloji problemləri olan Antonella Barbieri  dekabrın 7-də 2 yaşlı qızını boğub, daha sonra 7 yaşlı oğlunu çay kənarında bıçaqlayaraq öldürüb.

Bundan sonra qadın özünə bıçaq xəsarətləri yetirərək intihar etmək istəyib. Hadisənin şahidi olan vətəndaş polisə xəbər verib. Polislər hadisə yerinə gələrək Antonellanı xəstəxanaya aparıblar. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0