İsrail Qəzzanı raketlərlə vurdu: ölənlərin sayı durmadan artır

© REUTERS / Mohammed Salemİsrailin Qəzzaya raket zərbəsinin nəticələri, 9 dekabr 2017-ci il
İsrailin Qəzzaya raket zərbəsinin nəticələri, 9 dekabr 2017-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Son iki gün ərzində ölənlərin sayı 4 nəfərə çatıb

BAKI, 9 dekabr — Sputnik. İsrail ordusu Qəzzanı raket atəşinə tutub. Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, ordu rəhbərliyi HƏMAS təşkilatına aid silah anbarlarının vurulduğunu iddia edib.

© REUTERS / Mohammed SalemRaket zərbəsi nəticəsində ölənlərin dəfn mərasimi. Qəzza, 9 dekabr 2017-ci il
Raket zərbəsi nəticəsində ölənlərin dəfn mərasimi. Qəzza, 9 dekabr 2017-ci il - Sputnik Azərbaycan
Raket zərbəsi nəticəsində ölənlərin dəfn mərasimi. Qəzza, 9 dekabr 2017-ci il

Açıqlamada bildirilir ki, dünən Qəzza bölgəsindən İsrailə doğru iki raket atılıb. Guya ki, İsrail tərəfi bundan sonra bölgədəki HƏMAS anbarlarını vurmaq qərarına gəlib.

Qəzzada yerləşən xəstəxanadan verilən açıqlamaya görə, son iki gün ərzində İsrail tərəfinin hücumları zamanı ölənləri sayı 4 nəfərə çatıb.

Xəbər lenti
0