10:47 22 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
DÜNYA
Qısa URL
38710

“Müsəlman ölkələr, xüsusən də enerji ehtiyatları olan ölkələr növbə ilə işğal ediləcək”

BAKI, 9 dekabr — Sputnik. İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-dan başqa, bəzi digər ölkələrin də öz səfirliklərini Təl-Əvivdən Qüdsə köçürəcəyini açıqlayıb. O, həmçinin vurğulayıb ki, yaxın günlərdə bir neçə dövlət də Qüdsü İsrailin paytaxtı kimi tanıyacaq.

"Səfirliklərin Təl-Əvivdən Qüdsə köçürüləcəyinə gəlincə, sizi əmin edirəm ki, bu addımı ABŞ-dan öncə atan ölkələri də görəcəksiz" – baş nazir qeyd edib.

Amerika Birləşmiş Ştatlarının Qüdsü İsrailin paytaxtı kimi tanımasından sonra Yaxın Şərqdə vəziyyət daha da gərginləşib. Bölgədəki silahlı dəstələr, həmçinin İraqda fəaliyyət göstərən əl-Nucaba təşkilatı Amerika hərbçilərinə qarşı hücumlara başlanılacağını bəyan edib.

"ABŞ rəhbərliyinin müqəddəs şəhər olan Qüdslə bağlı verdiyi bəyanat amerikalı əsgərlərə hücumu leqallaşdırdı. Onlar görüldükləri yerdə öldürüləcəklər" — əl-Nucaba bəyanat yayıb.

Ağ Ev rəhbəri Donald Trampın Qüdslə bağlı bəyanatı İslam dünyasında hiddətə səbəb olub. Ən sərt reaksiyanı isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan göstərib. O, Donald Trampın nə etməyə çalışdığını anlamaqda çətinlik çəkdiyini deyib: "Trampın nə etmək istədiyini anlaya bilmirəm. O, Qüdsü İsrailin paytaxtı kimi tanıdıqlarını söylədi. Əslində, Tramp bu qərarı ilə BMT qərarlarını heçə sayan addım atdı".

"Qüds müsəlmanların, xristianların və qismən də yəhudilərin ibadətgah yeri olaraq qəbul edilir. Müsəlmanların ilk qibləsidir. Amerikanın bu qərarı bölgəni atəş meydanına çevirəcək. Halbuki, siyasətçilər ortalığı qarışdırmaq üçün yox, sülh üçün fəaliyyət göstərməlidirlər" — Türkiyə prezidenti əlavə edib.

Mövzunu Sputnik Azərbaycan-a Türkiyənin TOBB İqtisadiyyat və Texnologiya Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Toğrul İsmayıl şərh edib. Professor bildirib ki, Vaşinqtonun Qüdslə bağlı verdiyi qərar BMT qətnamələrinin tapdalanması deməkdir: "BMT-nin verdiyi qərar var. Amerika Birləşmiş Ştatlarının bu addımı beynəlxalq hüquqa tamamilə ziddir. Təxribat xarakterlidir. BMT qətnaməsinin görməzdən gəlinməsi anlamını daşıyır".

"Artıq Fələstində geniş üsyan, üçüncü "İntifada" çağırışları edilir. Hər yerdə xaos, qarışıqlıq olacaq. Vaşinqtonun qərarı radikal qrupları hərəkətə keçirəcək. Maraqlıdır, onlar bunu istəyirlər? Yaxın Şərqdə İŞİD-in bitirildiyi, Suriyada yumşalma başladığı bir zamanda belə bir qərarın verilməsi olduqca düşündürücüdür " – Toğrul İsmayıl deyib.

Professor Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın, "İsrail ilə bütün diplomatik əlaqələrimiz dondurula bilər" açıqlamasını da şərh edib.

"Bu diplomatik prosesdir. Hər şey ola bilər. Ancaq bir anda olacağını düşünmürəm. Əlbəttə, Türkiyənin İsrailə iqtisadi embarqoları olacaq" – T.İsmayıl bildirib.

Misirin Əl-Əzhər Universitetinin məzunu, Türkiyənin Səlcuq Universitetinin əməkdaşı, politoloq Güngör Gökdağ da Sputnik Azərbaycana Qüds ətrafında yaranan qalmaqalla bağlı açıqlama verib.

"İsrailin Qüdsü paytaxt elan etməsi, Amerikanın da bunu tanıması əslində yeni problem deyil. İsrail uzun zamandır bunu dilə gətirirdi. ABŞ prezidenti Donald Tramp seçki öncəsi kampaniyasına dəstək olmaları üçün yəhudilərə Qüdsü İsrailin paytaxtı kimi tanıyacağına dair söz vermişdi. Trampın bəyanatının verildiyi zamana diqqət edin. Yaxın Şərqdəki xaotik vəziyyət ən uyğun vaxt olaraq seçildi. Sözükeçən İslam ölkələri, başda Türkiyə və İran olmaqla, ciddi problemlərlə boğuşmaqdadır".

Donald Tramp
© AFP 2020 / TIMOTHY A. CLARY

"İslam dünyası yatmağa davam edir, reaksiya vermir. Amerikaya təslim olmuş vəziyyətdədir. Burda ən əsas məsələ odur ki, İslam dünyası testdən keçəcək. Əgər müsəlman dövlətlər, ilk qibləgahımız olan Qüds ətrafında birləşməsə, dünyadakı tarazlıq yenidən dəyişəcək. Kitabımız Quran-i Kərimdə də müqəddəs yer olaraq qəbul edilən Qüds, 57 İslam ölkəsinin etirazına rəğmən İsrailin paytaxtı olarsa, o zaman həmin müsəlman ölkələr, xüsusən də, enerji ehtiyatları olan ölkələr növbə ilə işğal ediləcəklər. Yox, əgər birlik və bərabərlik olsa, İsrail və onların havadarları Qüdslə bağlı məsələdə geri addım ata bilər. İsrail və Amerikanı durdura biləcək yeganə faktor İslam ölkələrinin birləşməsidir" – Güngör Gökdağ əlavə edib.

Əlaqədar

Ərdoğan İlham Əliyevi “Qüds toplantısı”na dəvət etdi
Qüdsdə "Qəzəb Cüməsi"dir
Rəsmi Bakı Qüdslə bağlı mövqeyini ortaya qoydu
Roma papası da Qüdsdən danışdı: “Narahatam”
Türkiyədən ABŞ-a növbəti Qüds xəbərdarlığı
ABŞ-la Səudiyyə Ərəbistanı arasında təhlükəli Qüds anlaşması
Teqlər:
Güngör Gökdağ, Donald Tramp, Toğrul İsmayıl, Qüds, İsrail, ekspert, proqnoz

Əsas mövzular