06:30 08 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
102 0 0

Əgər 60 günlük həbs qərarı verilsə, Saakaşvili “sərt şəkildə” aclıq aksiyasını davam etdirəcək

BAKI, 9 dekabr — Sputnik. Gürcüstanın keçmiş prezidenti və Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili müddətsiz aclığa başladığını elan edib. Sputnik Azərbaycan RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bu haqda onun vəkili Ruslan Çernolutski Saakaşvilini ziyarət edəndən sonra məlumat verib.

Eks-prezident Ukrayna Cinayət Məcəlləsinin üç maddəsi ilə ittiham olunur. Prokurorluq onun qoluna elektron bilərzik taxılmaqla ev dustağı kimi saxlanılmasını istəyir.

Saxlanılması ilə razılaşmayan Saakaşvili aclıq elan edib. O, məcburi yedirdilməkdən də imtina edir. Vəkil bildirib ki, əgər eks-prezidentin barəsində 60 günlük həbs qərarı verilsə, Saakaşvili “sərt şəkildə” aclıq aksiyasını davam etdirəcək.

Vəkilin sözlərinə görə, Saakaşvili özünü normal hiss edir: “Tutulandan sonra həkim onu müayinə edib və aydın olub ki, ona soyuq dəyib".

Çernolutskiy onu da qeyd edib ki, keçmiş qubernator dostunun evində müalicə alan zaman həbs olunub.

Əlaqədar

Mixail Saakaşviliyə geri çəkilmək üçün hədə-qorxu gəliblər
Saakaşvili tərəfdarları ilə polislər arasında əlbəyaxa dava düşdü
Saakaşvili saxlanıldı, Təhlükəsizlik Xidməti bunun səbəbini açıqladı
Saakaşvili intihar etmək istəyir - VİDEO
Kiyevdə Saakaşvili tərəfdarları prezidentin impiçmenti tələbi ilə yürüş keçirirlər
Teqlər:
elektron bilərzik, Gürcüstanın keçmiş prezidenti, aclıq, Mixail Saakaşvili, aksiya, həbs

Əsas mövzular