Türkiyə hökuməti Qüdsdəki gərginliklə bağlı açıqlama verdi

© Sputnik / Игорь Носов / Mediabanka keçidГосударство Израиль
Государство Израиль - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ prezidenti Donald Trampın Qüds şəhərini İsrailin paytaxtı kimi tanımasından sonra Yaxın Şərqdə vəziyyət daha da gərginləşib

BAKI, 8 dekabr — Sputnik. Türkiyə hökuməti bu gün Qüds şəhərində cümə namazından sonra aksiya keçirən fələstinlilərə güllə sıxılması ilə bağlı həm İsraili, həm də hadisəyə səbəb olan ABŞ-ı qınayıb. Sputnik Azərbaycan bu barədə "Hürriyet"-ə istinadən xəbər verir.

Mövzu ilə bağlı Türkiyə baş nazirinin müavini və hökumət sözçüsü Bəkir Bozdağ açıqlama verib: "Bu gün cümə namazı vaxtı əl-Əqsa məscidi və Qüdsün digər bölgələrində yaşanan xoşagəlməz hadisələrə görə İsraili və əsas səbəbkar ABŞ rəhbərliyini qınayırıq".

Xatırladaq ki, İsrail əsgərləri Məscidi-Əqsa və İordan çayının qərb sahilində cümə namazından sonra aksiya keçirən fələstinlilərə atəş açıb. Əvvəlki dövrlərdən fərqli olaraq əsgərlər bu dəfə plastik mərmilərdən yox, həqiqi güllələrdən istifadə ediblər. İlk əvvəl nümayişçilərə göz yaşardıcı qaz atan yəhudi hərbçilər daha sonra onları güllələməyə başlayıb.

Son məlumatlara görə, 40 nəfər fələstinli xəsarət alıb.

Sputnik Azərbaycan xəbər verir ki, Qəzza bölgəsinə nəzarət edən HƏMAS təşkilatı İsrailə artıqlaması ilə cavab veriləcəyini açıqlayıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın Qüds şəhərini İsrailin paytaxtı kimi tanımasından sonra Yaxın Şərqdə vəziyyət daha da gərginləşib. Müsəlman dövlətlərlə yanaşı, Avropa İttifaqı, Rusiya, Birləşmiş Millətlər Təşkilatı Vaşinqtonun qərarını qınadıqlarını açıqlayıb.

Xəbər lenti
0