CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Altı yaşlı qız görənləri heyrətə salır

Abunə olmaq
Anna Knyazeva: "Tanıyan hər kəs deyir ki, sənin qızın böyüyəndə model olmalıdır"

BAKI, 8 dekabr — Sputnik. Rusiyada yaşayan Anastasiya Knyazeva qeyri-adi gözəlliyi ilə görənləri heyrətə salır. Baxmayaraq ki, onun cəmi 6 yaşı var. İşin maraqlı tərəfi, Anastasiyanın artıq "İnstagram" səhifəsi də var. Üstəlik 603 min də təqibçisi. Ancaq həmin səhifəni bu qızcığaz yox, annası Anna xanım idarə edir.

Sputnik-ə danışan Anna Knyazeva deyib ki, məşhur markalar onun qızının şəkillərindən öz reklamlarında istifadə edirlər: "İnstagram"da paylaşdığımız hər şəkilə minlərlə "like" gəlir".

A post shared by Anna Knyazeva (@anna_knyazeva_official) on Dec 3, 2017 at 1:16am PST

"Qızım dünyaya göz açan gündən, kamera qarşısında olmağı çox sevir. Tanıyan hər kəs deyir ki, sənin qızın böyüyəndə model olmalıdır. Biz də Anastasiyanın şəkillərini məşhur modellik agentliklərinə göndərdik. Dərhal cavab gəldi. Ardınca çəkilişlər başladı. İndi nəinki təkcə Rusiyadan, hətta Çindən və başqa ölkələrdən də təkliflər edilir" — Knyazeva qeyd edib.

Altı yaşlı qızcığazın anası sonda deyib: "Anastasiya dünyanın ən gözəl qızı olduğunu bilsə də, qətiyyən ərköyünləşmir. Həm də nəzərə almaq lazımdır ki, o, hələ uşaqdır. Ətrafında olanları tam anlaya bilmir. Hazırda qızım rəqsə gedir, ingilis dilində özəl dərslər alır. Yaxın günlərdə səs dərslərinə də başlayacaq. Anastasiya şəkil çəkməyi, mahnı oxumağı da bacarır".

Xəbər lenti
0