20:40 13 Dekabr 2017
Canlı yayım
Ramzan Kadırov

Çeçen liderdən İsrailə müharibə xəbərdarlığı

© Sputnik / Said Tsarnayev
DÜNYA
Qısa URL
134810

Ramzan Kadırov: "Bu qərar İsraili daha yeni, daha güclü və təşkilatlanmış savaşın içinə atacaq"

BAKI, 8 dekabr — Sputnik. "ABŞ prezidenti Donald Trampın Qüds şəhəri ilə bağlı qərarı İsraili müharibənin içinə atacaq". Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov sosial şəbəkədə yazıb.

"Əminliklə deyə bilərəm ki, Trampın heç bir məntiqə sığmayan qərarı İsrail dövlətini qanlı qarşıdurmanın daha yeni, daha güclü və təşkilatlanmış savaşın içinə atacaq. Bu cür bəyanatlar neçə illər ərzində Yaxın Şərqdəki vəziyyəti nizamlamaq istəyən ölkələrin kürəyinə endirilən zərbədir" — Kadırov diqqətə çatdırıb.

"ABŞ liderinin siyasətini necə başa düşək? Çox sadə. Öz "dünya düzəni" üçün İraq və Suriya ərazisində terror yuvaları yaradanın kimliyinə dair şübhə yeri qalmadı" – o, əlavə edib.

Əlaqədar

ABŞ-ın Qüds qərarının ilk qanlı nəticəsi
Rəsmi Bakı Qüdslə bağlı mövqeyini ortaya qoydu
Tramp Yaxın Şərqi qarışdıracaq qərarı verdi: “Qüds İsrailin paytaxtıdır”
Roma papası da Qüdsdən danışdı: “Narahatam”
Türkiyədən ABŞ-a növbəti Qüds xəbərdarlığı
ABŞ-la Səudiyyə Ərəbistanı arasında təhlükəli Qüds anlaşması
Teqlər:
Ramzan Kadırov, Donald Tramp, Qüds, İsrail, ABŞ, prezident

Əsas mövzular