19:09 24 İyun 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9745
Pakistanda etiraz aksiyası

Müsəlman ölkələrində kütləvi aksiyalar başladı, rəhbər xalqı silahlı müqavimətə çağırdı

© AFP 2018 / Mahmoud ZAYYAT
DÜNYA
Qısa URL
554 0 0

"Əgər İsrail və ABŞ Qüds məsələsində israr edərsə, bölgədə genişmiqyaslı müharibə qaçılmaz olacaq"

BAKI, 8 dekabr — Sputnik. ABŞ prezidenti Donald Trampın Qüds şəhərini İsrailin paytaxtı kimi tanımasından sonra müsəlman ölkələrində kütləvi aksiyalar başlayıb. Fələstin başda olmaqla, Türkiyə, Mərakeş, Misir, Tunis, İran, İndoneziya, İraq və digər ölkələrdə insanlar küçələrə çıxaraq əllərində Fələstin bayrağı və Qüds yazılan plakatlarla ABŞ əleyhinə şüarlar səsləndiriblər.

Sputnik Azərbaycan "Timeturk"-ə istinadən xəbər verir ki, etiraz dalğasının daha da böyüyəcəyi istisna edilmir. Artıq Fələstin lideri Mahmud Abbas xalqı silahlı müqavimətə səsləyib. O, Qüds şəhərinin müsəlmanlar üçün müqəddəsliyini xatırladaraq uğrunda ölməyə hazır olduqlarını bildirib.

  • Tunisdə etiraz aksiyası
    Tunisdə etiraz aksiyası
    © AFP 2018 / FETHI BELAID
  • Türkiyədə etiraz aksiyası
    Türkiyədə etiraz aksiyası
    © AFP 2018 / ADEM ALTAN
  • Pakistanda etiraz aksiyası
    Pakistanda etiraz aksiyası
    © AFP 2018 / BANARAS KHAN
1 / 3
© AFP 2018 / FETHI BELAID
Tunisdə etiraz aksiyası

Artıq rəsmi Ankara da İslam Əməkdaşlıq Təşkilatını təcili yığıncağa çağırıb. Öz növbəsində İran İslam Respublikası, Livandakı "Hizbullah" təşkilatı üzvlərinə Suriya vasitəsilə müasir silahlar göndərməyə davam edir.

Müşahidəçilərin fikrincə, əgər İsrail və ABŞ Qüds məsələsində israr edərsə, bölgədə genişmiqyaslı müharibə qaçılmaz olacaq.

Əlaqədar

ABŞ-ın Qüds qərarının ilk qanlı nəticəsi
Rəsmi Bakı Qüdslə bağlı mövqeyini ortaya qoydu
Tramp Yaxın Şərqi qarışdıracaq qərarı verdi: “Qüds İsrailin paytaxtıdır”
Roma papası da Qüdsdən danışdı: “Narahatam”
Türkiyədən ABŞ-a növbəti Qüds xəbərdarlığı
ABŞ-la Səudiyyə Ərəbistanı arasında təhlükəli Qüds anlaşması
Teqlər:
Qüds şəhəri, ölkə, Donald Tramp, İsrail, müsəlman, paytaxt, ABŞ, prezident

Əsas mövzular