22:49 13 Dekabr 2017
Canlı yayım
Вид на города Иерусалим, фото из архива

ABŞ-ın Qüds qərarının ilk qanlı nəticəsi

© REUTERS/ Ronen Zvulun
DÜNYA
Qısa URL
409 0 0

İsrail polisi ilə toqquşmalarda 100-dən çox fələstinli xəsarət alıb

BAKI, 8 dekabr — Sputnik. İordan çayının qərb sahilində İsrail polisi ilə fələstinlilər arasında toqquşma baş verib. Hadisə nəticəsində 100-dən artıq insan xəsarət alıb.

Sputnik Azərbaycan xəbər verir ki, Qırmızı Aypara cəmiyyətinin nümayəndəsi İrab əl Fukahın bildirdiyinə görə, İordan çayının qərb sahilində xəsarət alanların sayı 104 nəfərə çatıb. Onlardan 4-ü adi güllə, 18 nəfəri isə rezin güllələrdən xəsarət alıb.  

Onun sözlərinə görə, daha 75 nəfər gözyaşardıcı qazdan, 7 nəfər isə zərbələrdən və yıxılma səbəbindən xəsarət alıb.  

Xəsarət alan qadınlardan birinin vəziyyəti kritikdir.

Toqquşmalara səbəb ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması və səfirliyini Təl-Əvivdən Qüdsə köçürmək qərarı olub. 

Əlaqədar

Tramp Yaxın Şərqi qarışdıracaq qərarı verdi: “Qüds İsrailin paytaxtıdır”
Türkiyədən ABŞ-a növbəti Qüds xəbərdarlığı
Ərdoğandan yeni "Qüds" açıqlaması
ABŞ-la Səudiyyə Ərəbistanı arasında təhlükəli Qüds anlaşması

Əsas mövzular