22:43 13 Dekabr 2017
Canlı yayım
Rza Zərrab, arxiv şəkli

Rza Zərraba daha bir zərbə vuruldu

© Foto: Depo Photos via AP
DÜNYA
Qısa URL
153 0 0

Qərardan 7 gün sonra Zərrabın özəl təyyarəsi də müsadirə edilib

BAKI, 7 dekabr — Sputnik. Rza Zərrabın ARE hava yolları şirkətinə aid olan Atatürk Hava limanındakı özəl təyyarəsi də əlindən alınıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, 58 milyon dollar dəyərində olan "Challenger 300" tipli təyyarə sonuncu dəfə 2017-ci il noyabrın 30-da uçub.

Rza Zərrabın özəl təyyarəsi
Rza Zərrabın özəl təyyarəsi

ABŞ-da mühakimə edilən Zərrabın şirkətləri 1 dekabr tarixində İstanbul prokurorluğu tərəfindən açılan istantaq çərçivəsində müsadirə edilib. Qərardan 7 gün sonra Zərrabın özəl təyyarəsi də müsadirə edilib.

Əsas mövzular