20:56 13 Dekabr 2017
Canlı yayım
Ağ ev

ABŞ Suriya işğalına hüquqi don geyindirməyə çalışır

© REUTERS/ Joshua Roberts
DÜNYA
Qısa URL
16 0 0

Hazırda Suriyada 2 min, İraqda isə 5000 amerikalı əsgər qulluq edir

BAKI, 7 dekabr — Sputnik. "Əsgərlərimiz İŞİD tam məğlub ediləndən sonra da Suriyada qalacaq". Sputnik Azərbaycan "Timeturk"-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Erik Pekson jurnalistlərə deyib.

“Biz İŞİD-in geri qayıtmasının qarşısını almaq və müttəfiqlərimizə yardım etmək üçün Suriya torpaqlarında qalacağıq. Koalisiya terrorçuları əks-həmlə etməsi imkanlarından və kənarda terror aktları törətməsindən məhrum etməlidir” – sözçü vurğulayıb.

Rəsmi açıqlamalara görə, hazırda Suriyada 2 min, İraqda isə 5 min amerikalı əsgər qulluq edir. Lakin bölgə dövlətlərinin kəşfiyyat araşdırmalarına görə, bu say rəsmi məlumatdakından qat-qat artıqdır.

Əlaqədar

Nağıyev: “Suriya problemi tam həll olunmayıb”
BMT Suriya ilə bağlı tarixi sənədi rəsmən qəbul etdi
Türkiyədən sərt açıqlama: Suriya ABŞ-a ikinci Vyetnam olacaq
Trampla Putindən birgə Suriya bəyanatı
Suriya və İraqda döyüşlərdə iştirak etmiş şəxslər tutuldu

Əsas mövzular