22:42 13 Dekabr 2017
Canlı yayım
Kosmos

NASA-dan inanılmaz layihə: kosmosdan qızıl gətiriləcək

© Foto: NASA via AP
DÜNYA
Qısa URL
68 0 0

NASA-nın növbəti həmləsi dünya iqtisadiyyatının dağılması anlamına gələ bilər

BAKI, 6 dekabr — Sputnik. NASA-nın növbəti həmləsi dünya iqtisadiyyatının dağılması anlamına gələ bilər. Sputnik Azərbaycan "NTV"yə istinadla xəbər verir ki, NASA Günəş sistemində yerləşən 200 kilometr uzunluğundakı asteroidə peyk göndərərək oradakı faydalı qazıntıları çıxarmaq niyyətindədir.

Qeyd edilir ki, dünya iqtisadiyyatının ümumi dəyəri 73.7 trilyon dollardır. Bu asteroidin qiyməti isə dünya iqtisadiyyatından daha çoxdur.

NASA peykin asteroidə 2022-ci ildə göndəriləcəyini bildirib. Əgər heç bir fövqəladə hadisə baş verməsə, peyk 2026-cı ildə mənzil başına çatacaq.

Nikel, dəmir və qızıl kimi qiymətli maddələrin olduğu asteroidə kosmik gəmi göndərmək istəyən NASA mütəxəssisləri hələlik faydalı qazıntıların planetimizə necə gətirəcəyini bilmirlər. Yupiter və Mars arasında yerləşən asteroiddəki materialların planetimizə gətirilməsi olduqca böyük maliyyə tələb edir.

Əlaqədar

NASA kosmosdan dünyaya əsrarəngiz səslər göndərdi
NASA yadplanetlilərin özlərinin, evlərinin və gəmilərinin şəkillərini çəkib
NASA-dan kainatın müdhiş fotoları
NASA-dan qorxunc açıqlama: "Antarktida bölünməyə başlayıb"
NASA Yeri hədəfə alan asteroid barədə məlumatları açıqladı
Teqlər:
Günəş sistemi, faydalı qazıntı, asteroid, NASA, peyk, kosmos, qızıl

Əsas mövzular