06:12 04 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
325 0 0

"Səfirliyin Təl-Əvivdən Qüdsə daşınması ciddi xəta olar"

BAKI, 6 dekabr — Sputnik. "Amerika Birləşmiş Ştatlarının öz səfirliyini Qüdsə köçürməsi böyük xəta olar". Sputnik Azərbaycan NTV-yə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu amerikalı həmkarı Reks Tillersonla Brüsseldəki görüşü zamanı deyib.

NATO-nun xarici işlər nazirlərinin toplantısında iştirak etmək üçün Belçikanın paytaxtı Brüsseldə olan türkiyəli nazir ABŞ prezidenti Donald Trampın bu gün Qüdslə bağlı edəcəyi çıxışa münasibət bildirib.

"Bütün dünya ABŞ-ın bu planına qarşıdır. Səfirliyin Təl-Əvivdən Qüdsə daşınması ciddi xəta olar. Ümid edirik ki, Amerika bu addımından geri çəkilər" — Çavuşoğlu qeyd edib.

Əlaqədar

ABŞ-la Səudiyyə Ərəbistanı arasında təhlükəli Qüds anlaşması
Türkiyədən sərt açıqlama: ABŞ Qüdsü İsrailin paytaxtı kimi tanısa....
Ərdoğandan yeni "Qüds" açıqlaması
Qüdsdə toqquşmalar nəticəsində azı 50 nəfər xəsarət aldı
Teqlər:
Reks Tillerson, Donald Tramp, Qüds, Amerika Birləşmiş Ştatları, Mövlud Çavuşoğlu, Türkiyə

Əsas mövzular