20:12 15 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0257
  • USD1.7000
  • EUR1.9635
Iphone 8

"iPhone 8" hədiyyə edənə bakirəliyini verəcəyini dedi, başına qorxunc hadisə gəldi

© AFP 2018 / GIUSEPPE CACACE
DÜNYA
Qısa URL
28301

Blogger baş verənləri kameraya çəkib və qızın üzünü gizlədərək internetdə yayımlayıb

BAKI, 5 dekabr — Sputnik. Çində 17 yaşlı gənc qızın "iPhone 8" sevgisi onun qeyri-adi qərar qəbul etməyinə səbəb olub. Qız bildirib ki, ona hansı kişi "iPhone 8" alarsa, qarşılıq olaraq bakirəliyini verəcək. Bu xəbərdən tanınmış blogger Xiao Chen xəbər tutub və qıza dərs vermək qərarına gəlib. Sputnik Azərbaycan Haberler-ə istinadən xəbər verir ki, blogger qızla kafedə görüş təyin edib və həmin masaya gizli video kamera quraşdırıb. Qız görüşə gələrək masada əyləşib və dostlarından biri ilə danışan zaman görüntüləri videoya düşür. Gənc qız dostuna "Bütün rəfiqələrimin "iPhone 8"i var, mənim isə onu alacaq pulum yoxdur. Zəngin xarici ilə bir gün gecələməyim sayəsində bu arzuma çatacam" deyib.

Bloggerin ssenarisi əsasında bir gənc oğlan "iPhone 8" alaraq görüşə gəlib və onlar hotelə yollanıblar. Bu zaman otağa blogger daxil olub və qızı etdiyi hərəkətlərinə görə qınayıb. Blogger, həmçinin baş verənləri kameraya çəkərək qızın üzünü gizləməklə internetdə yayımlayıb.

Əsas mövzular