22:29 13 Dekabr 2017
Canlı yayım
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan

Ərdoğanın ABŞ-la müttəfiqliyə son verən sözləri

© Foto: Murat Cetinmuhurdar/Presidential Palace/Handout via REUTERS
DÜNYA
Qısa URL
253 0 0

Ərdoğan: "Bizə xəyanət edən bir müttəfiqlə özümüzə necə bir gələcək qura bilərik?"

BAKI, 5 dekabr — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Suriya siyasəti haqda sərt açıqlamalar verib.

Sputnik Azərbaycan xəbər verir ki, Ərdoğan amerikalıları İŞİD-lə əməkdaşlıqda ittiham edib. O, Raqqadan çıxarılan İŞİD terrorçularının Amerikanın nəzarətində Misirə keçdiyini vurğulayıb.

"Sizə bir məlumat açıqlayım. Raqqa əməliyyatındakı İŞİD silahlılarının sürgün ediləcəyi yer bilirsinizmi haradır? Misirin Sinay səhrası. Orada onlardan istifadə edəcəklər. Görəcəkləri işi yaxından izləyəcəyik. İş sözə gələndə “həssaslığınıza hörmət edirik” deyib, hər cür xəyanəti edən bir müttəfiqlə özümüzə necə bir gələcək qura bilərik? Bu günə qədər dost qəbul etdiyimiz güclərin personalına zərər verməmək üçün çox diqqətli olduq. Bunun davamı bizim heysiyyətimizə riayət edilməsi ilə mümkündür. Bizi Amerikada çarmıxa çəkməyə cəhd edənlərin burnumuzun dibində terror dövləti qurmaq cəhdinə hər halda əli-qolu bağlı tamaşa etməyəcəyik" — prezident bildirib.

Əsas mövzular