ABŞ səfiri Rusiya ilə münasibətlərdən danışdı

© AFP 2023 / NICHOLAS KAMMABŞ-ın Rusiyadakı səfiri Con Hantsman
ABŞ-ın Rusiyadakı səfiri Con Hantsman - Sputnik Azərbaycan
Abunə olmaq
Amerika siyasətində dövlət başçısını seçmə sistemi müqəddəsdir

BAKI, 5 dekabr — Sputnik. Amerikalı səfir Rusiya ilə münasibətlərin pozulma səbəblərini açıqlayıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, ABŞ-ın bu ölkədəki səfiri Con Hantsman Amerika və Rusiya arasındakı münasibətlərin pozulması səbəblərini şərh edərkən münasibətlərin pozulmasının ilk səbəbinin Rusiyanın 2016-cı ildə Amerikada prezident seçkilərinə müdaxilə etməsi olduğunu iddia edib.

Генконсульство РФ в Сан-Франциско - Sputnik Azərbaycan
RUSİYA
Rusiya ABŞ-a "od püskürdü": Sizinki artıq həyasızlıqdır

"Mən xüsusi bir səbəb göstərmək istəməzdim. Amma demək lazımdır ki, 2016-cı ildə ABŞ-da prezident seçkilərinə müdaxilə bu münasibətlərin pozulmasında başlıca rol oynayıb” – deyə səfir bildirib.

Səfir onu da deyib ki, Amerika siyasətində dövlət başçısını seçmə sistemi müqəddəsdir: “Bu sistemin inam və qüsursuzluq üzərində qurulmasına inanmaq bizim üçün çox vacibdir. Bu sistemi pozmaq üçün hər hansı bir cəhd son dərəcə uyğun olmayan təcavüz kimi qiymətləndirilir”.

Səfirin sözlərinə görə, münasibətlərin soyumasının ikinci səbəbi Ukraynadır.

Xatırladaq ki, Rusiyanın "ABŞ seçkilərinə müdaxiləsi", ABŞ prezidenti Donald Tramp ilə Moskva arasında güman edilən münasibətlər Ağ ev və Kreml tərəfindən təkzib edilsə də, FBİ və Konqresdə bu işlər üzrə araşdırmalar aparılır. Rusiya birmənalı olaraq hər hansı ölkədə keçirilən seçkilərə müdaxilə ittihamını təkzib edib, prezidentin mətbuat sözçüsü Dmitri Peskov isə bu ittihamların tamamilə əsassız olduğunu bildirib.

Xəbər lenti
0