12:02 01 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
47 0 0

Müraciət edənlərin yarısından çoxuna sığınacaq verilib, digərləri isə qərar gözləyir

BAKI, 4 dekabr — Sputnik. 2016-ci ildə Türkiyədə baş verən dövlət çevrilişi cəhdindən sonra ümumilikdə 768 türk diplomat və dövlət məmurunun sığınmaq üçün Almaniya Daxili İşlər Nazirliyinə müraciəti etdiyi açıqlanıb. Sputnik Azərbaycan "Doğan" agentliyinə istinadla xəbər verir ki, bu barədə Almaniyanın "Die Zeit" qəzeti məlumat yayıb.

Sığınacaq üçün müraciət edənlərdən 260 nəfər diplomat, 508 nəfər isə dövlət məmurudur. Müraciət edənlərin yarısından çoxuna sığınacaq verilib, digərləri isə qərar gözləyir.

Oktyabr ayından isə Almaniyaya sığınmaq istəyən türklərin ümumi sayının 1059-a çatdığı bildirilir. "Die Zeit" qəzeti yazır ki, Türkiyə Suriya və İraqdan sonra vətəndaşları sığınmaq istəyi ilə müraciət edən üçüncü dövlətdir.

Əlaqədar

Türkiyə XİN-dən ABŞ Konqresinə inanılmaz FETÖ ittihamı
Türkiyə BMT-yə müraciət edəcək
ABŞ-Türkiyə münasibətlərinə zərbə: Həbs qərarı çıxarıldı
Ebru Gündeşdən Ərdoğana Rza Zərrab müraciəti: “Türkiyəyə zərər verə bilər”
ABŞ Türkiyə qarşısında geri çəkildi: Silahlar toplanacaq
Teqlər:
dövlət çevrilişi cəhdi, sığınacaq, diplomat, Türkiyə, Almaniya

Əsas mövzular