22:51 21 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
44910

Sosial mediada Yəmənin sabiq prezidenti Əli Abdullah Salehinin öldürüldüyü yerdən ilk kadrlar peyda olub

BAKI, 4 dekabr — Sputnik. Sosial mediada Yəmənin sabiq prezidenti Əli Abdullah Salehinin öldürüldüyü yerdən ilk kadrlar peyda olub. Sputnik Azərbaycan xəbər verir ki, terrorçuların hərəkətlərinin monitorinqini aparan “Telegram-kanal Directorate 4” həmin anın videogörüntülərini yayıb.

Kadrlarda naməlum silahlı şəxslərin eks-prezidentin cəsədini odeyalın arasında necə apardıqları görünür.

Bu gün sözügedən kanal sabiq prezidentin yarılmış başının şəklini də yayımlayıb. Bir sıra məlumatlara görə, Salehi evi dağıdılarkən öldürülüb. Digər versiyaya görə isə, ona qarşı sui-qəsd Marib şəhəri yolunda düzənlənib.

Daha əvvəl Yəmən prezidenti Abd Rabbo Mansur Hadi qoşuna Sana şəhərinə istiqamət götürməyi əmr eləmişdi. Ötən həftədən etibarən bu şəhərdə müttəfiqlər — husi üsyançıları ilə Saleh tərəfdarları və hökumət qoşunları arasında münaqişə davam edir. Al Mayadeen kanalının məlumatına görə, Sanada döyüşlər hazırda da gedir.

Artıq bir neçə ildir ki, Yəməndə vətəndaş müharibəsi gedir. Döyüşən tərəflərdən biri husilər ("Ənsar Allah" hərəkatının şiələri) və loyal sabiq prezident Əli Abdulla Salehin ordu hissələri, digər tərəf isə sünni prezident Abd Rabbo Mansur Hadi və Səudiyyə Ərəbistanın rəhbərlik etdiyi koalisiyadır.

Əlaqədar

Yəməndə 11 qiyamçı öldürülüb, onlarla silahlı yaralanıb
ABŞ Yəmənə raket zərbələri endirib
Ərəb koalisiyasının qırıcıları Yəməni bobardıman edib
Yəməndə ərəb koalisiyasının vertolyotu qəzaya uğrayıb
Yəmən-Səudiyyə gərginliyi neftin qiymətinə necə təsir göstərəcək?
Teqlər:
Sana, husi, prezident Əli Abdullah Salehi, video, qətl, Yəmən

Əsas mövzular