Zərraba hökm verəcək münsiflər iclasda yatdılar

© AFP 2023 / OZAN KOSE Rza Zərrab
Rza Zərrab - Sputnik Azərbaycan
Abunə olmaq
Rza Zərrab məhkəməsində məhkəmə iclasçıları mürgülədilər, Zərrab isə ilk günün əksinə, salona kostyumla gəlib

BAKI, 2 dekabr — Sputnik. ABŞ-da şahid olaraq ifadə verən Rza Zərrabın geyimi diqqət çəkib.

Sputnik Azərbaycan "Haberler"ə istinadla xəbər verir ki, məhkəmə prosesinin üçüncü günündə Rza Zərrab ifadə verməyə davam edib. İlk gün məhkəmə iclas zalına məhkum paltarı ilə gətirilən Zərrabın ikinci gün isə kostyum geyinməsi diqqət çəkib.

Zərrab həbsxanada aldığı təhdidlər səbəbindən Federal Təhqiqatlar Bürosunun (FBI) nəzarətində olduğunu söyləyib.

Məhkəmə prosesi zamanı dünən olduğu kimi, bu gün də bəzi məhkəmə münsiflərinin mürgülədiyi müşahidə edilib.

Zərrab cümə günü də ifadə verməyə davam edəcək.

Xəbər lenti
0