Universitetdə atışma, 5 nəfər yaralandı

CC0 / Skitterphoto / GunПистолет в руке, фото из архива
Пистолет в руке, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə zamanı 5 nəfər xəsarət alıb

BAKI, 2 dekabr — Sputnik. Pakistanın Peşavar şəhərində yerləşən Aqrar Universitetin həyətində silah səsləri eşidilib. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, kimliyi naməlum olan şəxs anidən ətrafdakılara atəş açıb.

Məlumatı yerli polis idarəsi təsdiqləyib. Xəbərə görə, polis və hərbçilər universitetin ərazisini mühasirəyə alıblar.

Hadisə zamanı 5 nəfər xəsarət alıb.

Xəbər lenti
0