12:29 31 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
141 0 0

Pentaqon spesifik təhdidlərə son qoyulandan sonra YPG-dən ağır silahlarla zirehli texnikanı geri toplamaq niyyətində olduğunu bildirmişdi

BAKI, 1 dekabr — Sputnik. ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Yaxın Şərq məsələləri üzrə nümayəndəsi Eric Pahon ölkəsinin Türkiyəni təhdid edə biləcək bütün silahları YPG-dən geri alacağını bildirib. Sputnik Azərbaycan bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Pahon ölkəsinin YPG-yə verdiyi ağır silahları və zirehli texnikanı geri alacağına dair verdiyi açıqlamada deyib ki, inventar və rəqəm barədə məlumat verməyə səlahiyyəti yoxdur: “Kateqoriya olaraq müttəfiqimiz Türkiyəni təhdid edə biləcək silahları geri alacağıq. Bunların inventarı türklərdə var”.

Qeyd edək ki, Pentaqon həftənin əvvəlində verdiyi açıqlamada spesifik təhdidlərə son qoyulandan sonra YPG-dən ağır silahlarla zirehli texnikanı geri toplamaq niyyətində olduğunu bildirmişdi.

ABŞ PYD/PKK-nı 2015-ci ilin əvvəldən vasitəli, cari ilin may ayından bəri isə birbaşa silahlandırmağı qərara almışdı.

Əlaqədar

Şahinoğlu: “Azərbaycan istəməz ki, ABŞ-Türkiyə münasibətləri gərginləşsin”
ABŞ-Türkiyə gərginliyində yeni gəlişmə
ABŞ-Türkiyə münasibətlərinin taleyi yenə də qaranlıq qaldı
ABŞ-Türkiyə ittifaqına bu gün nöqtə qoyula bilər
Bu xəbər ABŞ-Türkiyə münasibətlərini gərginləşdirəcək
Teqlər:
geri alınma, Eric Pahon, PYD/PKK, YPG, Pentaqon, Yaxın Şərq, Türkiyə, silah

Əsas mövzular