17:09 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
75110

Nazirliyin araşdırmalarından sonra şəxs işdən azad edilib və haqqında cinayət işi başlanılıb

BAKI, 1 dekabr — Sputnik. Rusiyanın Başqırdıstan Respublikasının Daxili İşlər Nazirliyinin rəhbərliyi həyat yoldaşına bahalı avtomobil hədiyyə edən yüksək vəzifəli polis məmurunu işdən qovmaq barədə qərar qəbul edib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, işdən qovulan şəxs Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin bölmələrindən birinin rəhbəri olub. Məlumata görə, noyabr ayında sosial şəbəkələrdə həmin şəxsin bir qıza bəzədilmiş ağ avtomobil hədiyyə etdiyini əks etdirən video görüntülər yer alıb.

Sonradan məlum olub ki, polis məmurunun hədiyyə etdiyi şəxs onun sevdiyi qadındır və hədiyyə 8 mart ərəfəsində verilib. Bir müddət sonra həmin qadın açıqlama verərək polisin rəsmi həyat yoldaşı olduğunu bəyan edib.

Başqırdıstan Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə yayılan görüntülərdən sonra araşdırmalara başlayıb. Araşdırmanın nəticəsinə uyğun olaraq polis işdən azad edilib və haqqında cinayət işi açılıb.

Əlaqədar

ABŞ-dan elə bir adam gəldi ki, polis bütün avaraları küçələrdən təmizlədi
Gündəmi qarışdıran kadrlara reaksiya: "Polisdən narazı olan müraciət etsin"
Yol polisi ilə bağlı daha bir qalmaqallı video ortaya çıxdı
Polislər daha bir ailənin narahatlığına son qoydular
Sürücünün başını "partladan" yol polisi danışdı - VİDEO
Teqlər:
Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi, Başqırdıstan Respublikası, hədiyyə, Daxili İşlər Nazirliyi, polis

Əsas mövzular