Türkiyədə faciə baş verib

© AP Photo / Emrah GurelАвтомобиль скорой помощи в Стамбуле, фото из архива
Автомобиль скорой помощи в Стамбуле, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Evin damı çökdü, ata və iki oğul dünyasını dəyişdi

BAKI, 30 noyabr — Sputnik. Türkiyədə evin damının çökməsi nəticəsində bir ailənin 3 üzvü həyatını itirib. Sputnik Türkiyə xəbər verir ki, hadisə Siirt vilayətinin Şirvan qəsəbəsində güclü yağışa görə baş verib.

Hadisə nəticəsində daha 5 nəfər xəsarət alıb. Səkkiz nəfərin yaşadığı evdə ata Cemal Coşkun, oğulları 5 yaşlı Ömər və 15 yaşlı Yusuf Coşkun dünyasını dəyişib.

Cemal Coşkunun həyat yoldaşı və 4 uşağı qonşuların yardımı ilə dağıntılar altından çıxarılıb. Onlar qəsəbədəki dövlət xəstəxanasına yerləşdiriliblər.

Xəbər lenti
0